• 21 Aprel 2021
logo
Oktyabrın 3-də SAT imtahanı keçiriləcək

Oktyabrın 3-də SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində oktyabrın 3-də SAT imtahanı keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, SAT imtahanı 2020-ci il oktyabrın 3-də Dövlət İmtahan Mərkəzinin (DİM) Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıdakı tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.