• 23 Oktyabr 2020
logo
Doktoranturaya qəbul üçün xarici dillər üzrə qəbul imtahanı bu ay keçiriləcək

Doktoranturaya qəbul üçün xarici dillər üzrə qəbul imtahanı bu ay keçiriləcək

Azərbaycanda doktorantura və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının oktyabr ayında keçirilməsi planlaşdırılır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qəbul imtahanından əvvəl həmin imtahanın modeli əsasında sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.