• 23 Oktyabr 2020
logo
Direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb

Direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu 5 oktyabr saat 23:59-dək uzadılıb.

Nazirlikdən verilən məlumata görə, müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +994070 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər. Həmin şəxslərin müsabiqə üzrə elektron qeydiyyatı İnsan resursları şöbəsi tərəfindən həyata keçiriləcək və məlumatları araşdırıldıqdan sonra onların direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı təmin olunacaq.

Qeyd edək ki, elektron sənəd qəbulunun müddətinin uzadılması ölkədəki hərbi vəziyyət və internetə çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlıdır.

Müsabiqəyə elektron sənəd qəbulu başa çatdıqdan sonra növbəti mərhələlərin keçiriləcəyi tarix barədə ətraflı məlumat veriləcək.