• 24 Aprel 2024
logo
Bu təqvim ilinin sonuna qədər ali təhsilin distant formada davam etməsi gözlənilir

Bu təqvim ilinin sonuna qədər ali təhsilin distant formada davam etməsi gözlənilir

“Peşə təhsili üzrə kurs və məşğələlərin 1 oktyabrdan bərpası nəzərdə tutulur. Ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinlik yaşayırıq. İnanırıq ki, bunu anlayışla qarşılayacaqlar”.

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

O bildirib ki, ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb: “Bu təqvim ilinin sonuna qədər ali təhsilin distant təhsil formasında davam etməsi gözlənilir. 1 oktyabrdan 1-ci kurslar universitetə müraciət edə biləcəklər. Yeganə dəyişiklik distant təhsilin təşkilində müvəqqəti yaranan çətinlikdir. Ali məktəblər üçün teledərslərin təşkili də mümkün deyil, amma yenə də yaxın gələcəkdə hansısa həll yolu ilə çıxış edəcəyik”.