• 27 Oktyabr 2020
logo
Nazir: “İnanırıq ki, məktəblərin bağlanması uzunmüddətli olmayacaq”

Nazir: “İnanırıq ki, məktəblərin bağlanması uzunmüddətli olmayacaq”

"Cəbhə bölgəsində 14 inzibati ərazi vahidinə olan məktəblərdə hərbi vəziyyətlə bağlı təhdid olarsa, fəaliyyəti dayandırılır. Yox, əgər, bu səbəbdən hər hansı risk, təhdid yoxdursa, pandemiya şərtlərinə uyğun dərslər davam edir” Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. Onun spzlərinə görə, cəbhə bölgəsində 420 məktəbin fəaliyyəti məhdudlaşdırılıb. Nazir deyib ki, bu gün dərs keçmək mümkün olmasa da, bir neçə gündən sonra dərsləri bərpa etmək mümkün olacaq: “İnanırıq ki, uzunmüddətli bağlanma olmayacaq. 3 rayonda bütün məktəblər, 11 rayonda yerləşdiyi yerdən asılı olaraq qərar verilib”.