• 17 Aprel 2024
logo
Erməni hücumu ilə bağlı Azərbaycanın 14 bölgəsində 420 məktəb öz fəaliyyətini məhdudlaşdırıb

Erməni hücumu ilə bağlı Azərbaycanın 14 bölgəsində 420 məktəb öz fəaliyyətini məhdudlaşdırıb

"Hazırda təhsil sisteminin üzləşdiyi kifayət qədər mürəkkəb vəziyyət var, 14 bölgədə 420 məktəb hazırda fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırıb və ya dayandırıb".

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. 

Onun sözlərinə görə, bu məsələ nəzarətdədir: "Düşmənin aqressiyası nəticəsində mülki ərazilərə olan hücum zamanı 9 məktəb zədələnib, həmin binalar və ya ərazilər zərər görüb. Təəssüflə deyim ki, 2 şagirdimiz düşmən hücumunun qurbanı olub. Bir müəllim yaralanıb".