Avqustun 19-da saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərinin bir neçə məhəllə və mikrorayonunda, eləcə də Corat, Novxanı, Saray, Ceyranbatan və “Metallurq bağları” yaşayış sahələrində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu müddət ərzində “Şəhər-4” orta təzyiqli qaz kəmərindən ayrılan qollarda siyirtmələrin əvəzlənməsi işləri aparılacaq.