• 29 Mart 2024
logo
Həftəsonu sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı müddət uzadılıb

Həftəsonu sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı müddət uzadılıb

Həftəsonu sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı müddət uzadılıb. Bu barədə Nazirlər Kabinetinin Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərarında bildirilib. Qeyd edilib ki, aşağıdakı tarixlərdə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonu ərazisində ictimai nəqliyyat fəaliyyətini dayandıracaq: 3 oktyabr 00:00-dan 5 oktyabr saat 06:00-dək; 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək; 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək; 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək; 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək. Qeyd edək ki, bu müddətdə Bakı Metropolitenində də sərnişindaşıma fəaliyyəti dayandırılacaq.