• 19 Aprel 2024
logo
Qida məhsullarının topdan satışı ilə məşğul olanlar hərbi vəziyyət müddətində fəaliyyət göstərə biləcək

Qida məhsullarının topdan satışı ilə məşğul olanlar hərbi vəziyyət müddətində fəaliyyət göstərə biləcək

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində qida məhsullarının və onlar üçün xammal istehsalı sahəsində çalışanlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə veriləcək.

Bu, “Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısında əksini tapıb.

Qərara əsasən, qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı ilə məşğul şəxslər “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə fəaliyyət göstərə biləcək.