• 18 Aprel 2024
logo
Olimpiadanın gümüş medalçısı imtahan vermədən ADU-ya qəbul olunub

Olimpiadanın gümüş medalçısı imtahan vermədən ADU-ya qəbul olunub

287 nömrəli “Zəkalar” liseyinin məzunu Rəhman Nəsirli müsabiqə yolu ilə qəbul olunaraq Azərbaycan Dillər Universitetini seçib.
Universitetdən Trend-ə verilən məlumata görə, coğrafiya fənni üzrə Republika Fənn Olimpiyadasının final turunu keçdikdən sonra olimpiadada gümüş medal qazanan R.Nəsirli bununla da təhsil almaq istədiyi ali təhsil müəssisələrini imtahan vermədən seçmək şansı əldə edib.
Olimpiadada qalib gələcəyinə inamı olmayan R.Nəsirli digər abituriyentlərdən əvvəl imtahan vermədən universitetə qəbul olmağın qəribə hisslər yaşatdığını deyib.
Rəhman Nəsirli Norveç Krallığına olan marağı və müəllimlərinin də tövsiyəsi ilə artıq Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə I kurs tələbəsidir.