• 28 Oktyabr 2020
logo
Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunub

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə etdiyi dəyişikliyi ləğv edib.

QSC-dən verilə məlumata görə, ADY çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişikliyi ləğv edib. Beləliklə, Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.

Xatırladaq ki, ölkədə komendant saatının tətbiq edilməsi ilə əlaqədar ADY Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik etmişdi.