• 22 Oktyabr 2020
logo
Cəbhə bölgəsində qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır

Cəbhə bölgəsində qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır

“Azəriqaz” İstehsalat Birliyi təmas xəttində yerləşən yaşayış məntəqlərinin qaz təchizatı ilə bağlı məsələləri nəzarətə götürüb və bu istiqamətdə təxirəsalınmaz vacib tədbirlərin görülməsi üçün Regional Qaz istismarı İdarələrinə tapşırıqlar verilib.

Qurumdan verilən məlumata görə, hazırda adları qeyd edilən idarələrin vəzifəli şəxsləri, eyni zamanda bütün əməkdaşları döyüş şəraitinin tələbləri gözlənilməklə cəbhə zonasında operativ iş rejimində fəaliyyət göstərirlər. Birliyin mərkəzi aparatında bu prosesləri tənzimləyən Qərargah yaradılıb. Qərargah gücləndirilmiş rejim seçməklə döyüşlərin getdiyi ərzilərdə qaz təsərrüfatı üçün təhlükəli durum yaranarsa, qəza hallarının operativ şəkildə aradan qaldırılmasına tam hazırdır.

Cəbhə xəttində yerləşən rayonlarda lazımı ehtiyat tədbirləri görülür, əhalinin, o cümlədən xüsusi əhəmiyyətli abyektlərin qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır.