• 29 Mart 2024
logo
Ehtiyatda olan polkovnik Əfrahim Təhməzov təltif olunub

Ehtiyatda olan polkovnik Əfrahim Təhməzov təltif olunub

Ehtiyatda olan ədliyyə polkovniki, Azərbaycan-Rusiya jurnalistlər birliyinin üzvü Əfrahim Təhməzov Azərbaycan Jurnalistlər birliyinin diplomu ilə təltif olunub.

Ə.Təhməzov Azərbaycan jurnalistikasında göstərdiyi səmərəli fəaliyyətinə və 60 illik yubileyi münasibəti ilə təltif edilib.

Qeyd edək ki, Ə.Təhməzov uzun müddət Respublika Hərbi prokurorunun böyük köməkçisi olub və qurumun Mətbuat Xidmətinə rəhbərlik edib.

Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Ə. Təhməzov ötən il MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub.