• 27 Oktyabr 2020
logo
AQTA: Masa ətrafında əyləşərkən maskadan istifadə tələb olunmur

AQTA: Masa ətrafında əyləşərkən maskadan istifadə tələb olunmur

"İctimai iaşə obyektinə daxil olarkən maska taxılmalıdır. Amma masa ətrafında əyləşərkən maskanın istifadəsi tələb olunmur".

Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, adamlar eyni oteldə, eyni otaqda qalırlarsa, bu o deməkdir ki, onlar gündəlik ünsiyyətdədilər:

“Həmin şəxslərin ictimai iaşə obyektində oturarkən maska taxmaması məntiqlidir. Çünki onsuz da onlar gündəlik təmasdadır. Ümumi tələb isə ondan ibarətdir ki, ictimai iaşə obyektlərində, mehmanxanaların ümumi sahəsində, yəni foyedə, dəhlizdə və s. olarkən maskalardan istifadə edilməlidir. Burada məqsəd ondan ibarətdir ki, bu insanlar həmin ərazilərdə olarkən digər şəxslərlə də ünsiyyətdə ola bilərlər”.