• 19 Aprel 2024
logo
AQTA-nın vəzifələri artırılıb

AQTA-nın vəzifələri artırılıb

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırılıb.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək də agentliyin vəzifələri sırasına daxil edilib.