• 19 Aprel 2024
logo
Almaniya səfirliyi DAAD-ın Bakı ofisinin bağlanmasının səbəbini açıqlayıb

Almaniya səfirliyi DAAD-ın Bakı ofisinin bağlanmasının səbəbini açıqlayıb

Almaniya səfirliyi DAAD-ın (Alman Akademik Mübadilə Xidməti) Bakıdakı ofisinin bağlanmasının səbəbini açıqlayıb.

Almaniyanın Azərbaycandakı səfirliyinin “Facebook”da bildirilib ki, DAAD-ın Bakıdakı məlumat ofisi və iki lektoru ilə Azərbaycanda olduqca uğurlu və geniş ehtiyac duyulan işlər görülür.

“Almaniyada təhsil almağa və alman dilini öyrənməyə olan maraq olduqca yüksək olaraq qalır. DAAD-Almaniya təqaüdünə müraciət edənlərin sayına görə Azərbaycan dünya ölkələri arasında üçüncü sırada yer alır. DAAD xarici strukturlarını dünya səviyyəsində modernləşdirməyə və daha səmərəli etməyə qərar verdi. Bunun üçün böyük regional mərkəzlər yaradılmalıdır. Bunun müqabilində kiçik yerli məlumat ofisləri 2020-ci ilin sonuna qədər bağlanacaq. Bakıdakı lektorlar və dil mütəxəssisləri işlərinə davam edəcəklər. Əlavə konsultasiya tapşırıqları alacaqlar və seçim proseslərini yeni regional mərkəz ilə birlikdə burada davam etdirəcəklər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaradılacaq əlaqə ofisini lektorlar üçün saxlamaları nəzərdə tutulur”, - deyə səfirliyin məlumatında qeyd olunub.