• 26 May 2020
logo
Magistraturanın boş qalan yerlərinə qəbul olunan bakalavrların nəzərinə!

Magistraturanın boş qalan yerlərinə qəbul olunan bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar 2019-cu il avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.