• 21 Oktyabr 2020
logo
TƏBİB sədri: “Vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var”

TƏBİB sədri: “Vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var”

“Xəstəliyin daha ciddi həll yolu olan, ölkəmizin vaksinasiyanı daha erkən tətbiq edən ölkələr sırasında olması ilə bağlı tədbirlər görülür”.

Bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB-in sədri Ramin Byaramlı deyib. O bildirib ki, vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var: “Bunlardan biri ikitərəfli danışıqların, digəri isə çoxtərəfli platformada danışıqların aparılmasıdır. Hər iki istiqamətdə tədbirlər görülür”.

Onun sözlərinə görə, Azərbaycan höküməti bütün istiqamətlərdə danışıqları davam etdirir, o cümlədən, GAVI (Global Alliance for Vaccines) ilə belə bir saziş imzlanıb: “Sazişə görə öhdəliklər var, müəyyən ödənişlər edilməlidir. Bu baxımdan hökumətimizin qərarı ilə Prezident tərəfindən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müraciət ediləcək. Şuranın müvafiq qərarı ilə hökumət tərəfindən COVAX təsisatı çərçivəsində vaksinlərin ölkəyə gətirilməsi istiqamətində müakirə olunacaq. COVAX-ın portfelinə daxil olan 3-cü tədqiqat fazasında olan vaksinlər var”.
O qeyd edib ki, dünyada tam sınaqdan çıxmış vaksin yoxdur: “Sınaq ərəfəsində olan vaksinlər var. Təxminən 9 şirkətin vaksini bu mərhələdədir. Onlardan hansının təhlükəsizliyi beynəlxalq qurumlar tərəfindən təsdiqlənsə, hansısa ölkələrdə tətbiqinə icazə verilsə, dövlətimiz də belə ölkələrdən biri olacaq. Bu istiqamətdə həm elm adamlarımız, həm də müvafiq qurumlarımız lazımi addımları atır”.