• 20 Oktyabr 2020
logo
Azərbaycanda işə qəbul prosesinin avtomatlaşdırılması üçün onlayn platforma yaradılıb

Azərbaycanda işə qəbul prosesinin avtomatlaşdırılması üçün onlayn platforma yaradılıb

Azərbaycan startapı işə qəbul prosesinin avtomatlaşdırılması üçün xüsusi onlayn platforma yaradıb.

İnnovasiya Agentliyindən verilən məlumata görə, "Hireengine" (hireengine.az) adlanan platforma şirkətlərin işə qəbul prosesini idarə etmək üçün hazırlanan bir tətbiqdir.

İş axtaran tətbiq vasitəsilə birbaşa şirkətin veb saytında olan vakansiyaya müraciət edə bilir və şirkət həmin müraciətləri öz admin paneli vasitəsilə idarə edir. İstifadəçilərə Azərbaycan dili daxil olmaqla bir neçə dil seçimi verən platforma müraciətlərin izlənməsi, müsahibələrin planlaşdırılması kimi bir çox faydalı, işə qəbul prosesini asan və rahat edən xüsusiyyətlərə malikdir. İşə götürən müraciət formalarını rahatlıqla müqayisə edə bilir və hər bir namizədin işə qəbul prosesinin mərhələ və statusunu izləyə bilir.