• 20 Aprel 2024
logo
Sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması işsizlikdən sığortanın əsas prinsipləri sırasından çıxarılıb

Sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması işsizlikdən sığortanın əsas prinsipləri sırasından çıxarılıb

Sığorta stajından asılı olaraq sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması işsizlikdən sığortanın əsas prinsipləri sırasından çıxarılır.

Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

İndiyə qədər sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” qanun ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malik olublar. Dəyişikliyə əsasən, Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malik olacaqlar:

- dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə;

- .işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;

- əmək müqaviləsinin müddəti qurtardıqda.