Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar 15 avqust 2019-cu il tarixində gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.