• 25 Aprel 2024
logo
DİM ixtisas seçimi edən abituriyentlərin sayını açıqlayıb

DİM ixtisas seçimi edən abituriyentlərin sayını açıqlayıb

Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edən abituriyentlərin sayını açıqlayıb.

Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində canlı yayımda Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, bu saata qədər I qrup ixtisas qrupu üzrə 13287, II qrup üzrə 9104, III qrup üzrə 13434, IV ixtisas qrupu üzrə 3303, V qrupda isə 15 mindən çox abituriyent seçim edib.

O qeyd edib ki, ixtisas seçimi sentyabrın 20-dək davam edəcək.