• 24 Aprel 2024
logo
DİM iki ixtisası bitirən subbakalavrlara müraciət edib

DİM iki ixtisası bitirən subbakalavrlara müraciət edib

Dövlət İmtahan Mərkəzi “Laboratoriya diaqnostikası” və “Tibbi profilaktika” ixtisaslarını bitirən subbakalavrlara müraciət edib.

DİM-dən verilən məlumata görə, “Abituriyent” jurnalının “Subbakalavr” xüsusi buraxılışında “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İxtisas Uyğunluğu Cədvəli”ndə texniki səbəblərdən səhifə 28-də “Laboratoriya diaqnostikası” və “Tibbi profilaktika” ixtisaslarına uyğun olan bakalavriat ixtisasları göstərilməyib.