• 19 Sentyabr 2020
logo
MM Səhiyyə komitəsi payız sessiyasında iki qanun layihəsi hazırlayacaq

MM Səhiyyə komitəsi payız sessiyasında iki qanun layihəsi hazırlayacaq

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası müddətində hazırlaması nəzərdə tutulan qanun layihələri məlum olub.

Bu, Milli Məclisin Səhiyyə komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planında əksini tapıb.

Komitədə “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Komitədə Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan məsələlər isə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələridir.

İş Planı Səhiyyə komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.