• 1 Noyabr 2020
logo
Bağçalarda psixoloji yardım həyata keçiriləcək

Bağçalarda psixoloji yardım həyata keçiriləcək

Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişiklik psixoloji xidmətlə bağlıdır.

Məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan dövlət müəssisələrində “Təhsil haqqında” qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” qanunun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçiriləcək.