Azərbaycan dölət Bədən Tərbiyəsi və idman Akademiyasının prorektoru, professor Yusif Məmməd oğlu Babanlının növbəti monoqrafiyası çapdan çıxmışdır. Müəllifin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyinə ithaf editdiyi monoqrafiyası “Azərbaycan idmanının inkişaf yolları” adlanır. Monoqrafiyanın redaktoru pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Qasım oğlu Quliyevdir. Azərbyacanda idmanın inkişaf mərhələlərindən bəhs edən monoqrafyaya pedaqogika üzrə elmlər doktoru, professor Akif Nurağa oğlu Abbasov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmməd oğlu Abbasov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Heydər oğlu Əliyev və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Ərzuman oğlu Cabbarlı müsbət rəy vermişlər. Professor Yusif Babanlının növbəti monoqrafiyası çapdan çıxlb Məlum məsələdir ki, Azərbaycanda hər zaman bütün sahələrlə yanaşı idman sahəsinin də inkişaf perspektivləri ciddi nəzarət altında olmuşdur. Müəllifin hazırladığı monoqrafiyada Azərbaycanda idman sahəsinin inkişaf mərhələlərini özündə əks etdirən maraqlı mövzulara geniş yer verilmişdir. Kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə idmanın inkişafına xüsusi nəzarəti və qayğısı, həmçinin, gənclərlə aparılan uğurlu idman siyasətinə dair məsələlərə də toxunulmuşdur. Bildiyimiz kimi ölkəmizdə idman sahəsinin sürətli inkişafı Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqeyə sahib olmasında xüsusi önəm daşıyır. Monoqrafiyada ölkəmizdə keçirilən mötəbər idman yarışları və Azərbaycanın bu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr haqqında da geniş məlumatlar vermişdir. Ümüdvarıq ki, monoqrafiya dövlətini və idmanı sevən hər bir azərbaycanlı oxucu üçün maraqlı və əhəmiyyətli olaraq geniş oxucu kütləsi qazanacaqdır. Müəllifə bundan sonrakı fəliyyətində də bol-bol uğurlar arzulayırıq və məhz belə bir maraqlı kitabı hazırlayıb oxuculara tədqim etdiyi üçün hörmətli professora dərin təşəkkürümüzü bildiririk.