• 27 Sentyabr 2020
logo
26 mindən çox abituriyent ixtisas seçimini edib

26 mindən çox abituriyent ixtisas seçimini edib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, I-V ixtisas qrupları üzrə 26 mindən çox elektron ərizə təsdiq olunub.

Məlum olduğu kimi, I qrup üzrə 15373, II qrup üzrə 7682, III qrup üzrə 17964, IV qrup üzrə 3757 abituriyent olmaqla ümumilikdə 44776 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

14 sentyabr saat 12:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 6065, II ixtisas qrupu üzrə 4445, III ixtisas qrupu üzrə 6511, IV ixtisas qrupları üzrə isə 1481 olmaqla, ümumilikdə 18502 elektron ərizə təsdiq olunub.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanları davam edir və hələlik 7552 ərizə təsdiq olunub. Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək. Qabiliyyət imtahanlarının nəticələri imtahan verilən günün sonunda sistemə daxil edilir və abituriyentlər ixtisas seçimi edə bilirlər.

İxtisas seçiminin sonuna 1 həftə vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı linklərdən tanış olmaq mümkündür:

Ali təhsil müəssisələri və DİM-in regional bölmələri;

Rayon və şəhərlər üzrə səyyar Məsləhət Mərkəzləri.