• 28 Sentyabr 2020
logo
Təhsil Nazirliyi: Şagirdlərimiz yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında 6 medal qazanıb

Təhsil Nazirliyi: Şagirdlərimiz yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında 6 medal qazanıb

Sentyabrın 9-13-də virtual formatda yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadası təşkil edilib.

Təhsil Nazirliyindən bildirilib ki, 18 ölkədən 108 iştirakçının qatıldığı müsabiqədə iştirak edən şagirdlərimiz uğurlu nəticə əldə ediblər. Nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Toğrul Abbasov qızıl, həmin liseyin IX sinif şagirdi Amin Cəfərzadə, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Elçin Musazadə gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Cəlil Hüseynov və IX sinif şagirdi Şamil Mantaşlı isə bürünc medal qazanıblar.

Xatırladaq ki, bu olimpiadadan qazanılan 6 medalla birlikdə 2020-2021-ci tədris ilinədək ümumilikdə 2 qızıl, 17 gümüş və 22 bürünc medal əldə olunub.