• 1 Oktyabr 2020
logo
“Abituriyent Məsləhət Mərkəzləri” həftə sonu da fəaliyyət göstərəcək

“Abituriyent Məsləhət Mərkəzləri” həftə sonu da fəaliyyət göstərəcək

Ali təhsil müəssisələrinin ixtisas seçimi başlayıb. Bunu nəzərə alaraq “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyətlərini şənbə və bazar günləri - 12 və 13 sentyabr tarixlərində də davam etdirəcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, “Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində fəaliyyət göstərəcəklər.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə veriləcək.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər.