• 21 Sentyabr 2020
logo
V qrupda qabiliyyət tələb etməyən ixtisaslarda müsabiqə vəziyyəti 100 baldan yuxarı olacaq

V qrupda qabiliyyət tələb etməyən ixtisaslarda müsabiqə vəziyyəti 100 baldan yuxarı olacaq

“V qrupda sentyabrın 17-nə qədər qabiliyyət imtahanı keçiriləcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, bəzi ixtisaslar (Məsələn, musiqi, təsviri incəsənət və s.) bu il qabiliyyət imtahanı vermədən müsabiqədə iştirak edə biləcək: “Amma musiqi ixtisasına qəbul olmaq üçün müsabiqəyə ən azı 5 ilik musiqi təhsili olanlar buraxılır, onlar bununla bağlı öz sənədlərini təqdim etməlidirlər, təsviri incəsənət müəllimliyini isə hər kəs öz ərizəsində yaza bilər. Amma bir şeyi də deyim ki, müsabiqədə iştirak etmək üçün bal 60 bal olsa da, keçən illə müqayisədə qabiliyyət tələb etməyən ixtisaslarda müsabiqə balları 100 baldan yuxarı olacaq. Həmin ixtisaslar təkcə Bakıda yox, regional ali məktəblərdə də var. Aşağı nəticə göstərənlər regional ali məktəbləri seçsinlər”.