• 29 Oktyabr 2020
logo
DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olmasından danışdı

DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olmasından danışdı

Abituriyentlər ixtisas seçimi edərkən diqqətli olmalıdırlar, onlar üçün ixtisas seçimini başqa şəxslər deyil, abituriyent özü etməlidir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ötən il III qrupdan bir oğlan Qızlar Univeristetinə qəbul olmuşdu və buna görə də DİM-i günahkar bilirdi: “Həmin şəxs bizə müraciət edərək “görmürsünüz ki, mən oğlanam, niyə məni Qızlar Universitetinə salmsınız” deyərək ittiham edirdi. Ancaq yerləşdirməni biz yox, həmin şəxs özü edir. Onun müəllimi də abituriyentin qəbulu naminə ali təhsil müəssisənin hara olduğunu nəzərə almadan ixtisas seçimi etmişdi. Amma ümumən Qızlar Universitetində oğlanların oxuması üçün qadağa yoxdur. Sadəcə olaraq, bu universiteti adətən, qızlar seçirlər”.