• 25 Sentyabr 2020
logo
Məleykə Abbaszadə olimpiada qaliblərinə müraciət etdi

Məleykə Abbaszadə olimpiada qaliblərinə müraciət etdi

Bu il III ixtisas qrupuna sənəd verən abituriyentlər arasında ali məktəbə müsabiqədənkənar qəbul imkanı olan 11 nəfər respublika fənn olimpiada qalibi var.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin qaliblərin heç biri hələlik müsabiqədənkənar qəbul üçün müraciət etməyib: “Biz məsləhət görərdik ki, olimpiada qalibləri tez bir zamanda müraciət etsinlər. Çünki müraciət vaxtı bitən kimi biz ali məktəblərdə tələbə yerləşdirməsinə başlayacağıq. O zaman isə artıq gec ola bilər”.