• 27 İyul 2024
logo
Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan IX sinif şagirdinə baş çəkib

Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan IX sinif şagirdinə baş çəkib

Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanada yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.

Nazirlikdən APA-ya verilən məlumata görə, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib. Emin Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib, ona Allahdan şəfa diləyib.