• 27 İyul 2024
logo
Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub

Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağstafa rayonunda inşa etdirilmiş 16 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Nazirlikdən verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən, bu il şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev veriləcək. Bu gün Ağstafa rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 584 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 30 fərdi ev) verilib. Qalan mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8172 mənzil və fərdi ev təqdim edilib. Həmçinin Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər indiyədək 6900 minik avtomobili ilə təmin olunub.