• 1 Oktyabr 2020
logo
Bakı Slavyan Universitetinə 99 nəfər magistrant qəbul olunub

Bakı Slavyan Universitetinə 99 nəfər magistrant qəbul olunub

Bakı Slavyan Universitetinə 99 nəfər magistrant qəbul olunub.

BSU-nun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 2020-2021-ci tədris ilində universitetə ali təhsilin magistratura səviyyəsinə 19 ixtisaslaşma üzrə 99 nəfər magistrant qəbul olunub.

Məlumat üçün onu da bildiririk ki, bu il BSU-ya ali təhsilin magistratura səviyyəsinə 2 yeni ixtisaslaşma-Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası ixtisaslaşmasına, həmçinin ingilis bölməsi üzrə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasına magistrant qəbulu aparılıb.
Qeyd etmək lazımdır ki, BSU-ya ingilis bölməsi üzrə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasına magistrant qəbulu BSU ilə Bolqarıstan Respublikasının tanınmış və nüfuzlu ali təhsil müəssisəsi olan Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında magistr proqramı hazırlığı üzrə ikili diplom layihəsi çərçivəsində bağlanılmış müqaviləyə əsasən həyata keçirilib. Bu da universitetin beynəlxalq əlaqələrinin daha da genişlənməsi və eləcə də ali təhsilin magistratura səviyyəsində müasir dövrümüz üçün tələb olunan kadrların hazırlanması istiqamətində atdığı növbəti uğurlu bir addım kimi qiymətləndirilir. Onu da qeyd edək ki, BSU-nun rəhbərliyinin dəstəyi ilə Magistratura şöbəsinin əməkdaşları tərəfindən magistrantların onlayn formada qeydiyyatı yüksək səviyyədə təşkil edilib.