• 20 Sentyabr 2020
logo
Prezident İlham Əliyevin İran səfirini qəbul edən zaman söylədiyi fikirlər İslam aləminə və bütün dünyaya çağırışdır - Deputat

Prezident İlham Əliyevin İran səfirini qəbul edən zaman söylədiyi fikirlər İslam aləminə və bütün dünyaya çağırışdır - Deputat

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi və dini abidələrə qarşı törətdiyi vəhşiliklər bütün bəşəriyyətə qarşı cinayətdir. Nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri buna öz münasibətini bildirməlidir.

Bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin İran səfirinin etimadnaməsini qəbul etdiyi zaman söylədiyi fikirlər İslam aləminə və bütün dünyaya çağırışdır: “Çünki Ermənistan təcavüzkar siyasət yürütməklə yanaşı, işğal etdiyi ərazilərdə məqsədyönlü şəkildə Azərbaycanın milli-mədəni irsinin, İslam mədəniyyətinə aid dini abidələrin dağıdılmasını həyata keçirir”.

Deputat bildirib ki, işğalçı ölkənin bu davranışı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına ziddir:

“Bu məsələnin hüququ tərəfidir. Yəni beynəlxalq hüquqda bu cür davranışlara birmənalı yanaşma var. Ancaq praktikada biz nə qədər dövlətin tarixi, mədəni və dini abidələrə qarşı Ermənistanın törətdiyi cinayət əməllərinə kəskin mövqe nümayiş etdirdiyini deyə bilərik? Ola bilsin ki, hansısa sənədlər qəbul olunub, bəyanatlar verilib. Lakin konkret sanksiyalar tətbiq olunmayıb. Digər tərəfdən, məsələnin mənəvi tərəfi də var. Axı, hər bir milli-mədəni irs nümunəsi yalnız ayrıca xalqların deyil, həm də bütün bəşəriyyətin sərvətidir. İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinin 13-ü dünya əhəmiyyətli abidələr hesab olunur. Ona görə də tarixə, mədəniyyətə, mənəvi irsə aid olan abidələrin mühafizə olunması bəşəriyyətin, dünya birliyinin vəzifəsidir. Təəssüf ki, biz dünyanın laqeydliyini müşahidə edirik”.

Deputat vurğulayıb ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində dini abidələri, məscidləri dağıtmasına islam dünyasının sükutla yanaşmasına heç nə bəraət qazandıra bilməz. Nə ölkənin milli maraqları, nə mövcud siyasi konyunktura bu cür həssas məsələlərdə müsəlman ölkələrinin yaxasını kənara çəkməsinə haqq qazandırmır. Bu, xüsusilə də özünü islamı dəyərlərin mühafizəçisi kimi təqdim etməyə çalışan, İslam dünyası adından danışmaq iddiası ilə çıxış edən ölkələrə aiddir.

S.Məmmədov hesab edir ki, Ermənistanın dini və mədəniyyət abidələrinə vurduğu ziyanın miqyasını heç nə ilə ölçmək mümkün deyil: “İlk insan məskənlərindən olan Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanlarının və digər onlarla bu cür abidənin yer üzündən silinməsinin bəşəriyyətə vurduğu ziyanın m