• 24 Sentyabr 2020
logo
Ötən il Azərbaycan universitetlərinə sənəd verən xarici ölkə vətəndaşlarının sayı açıqlanıb

Ötən il Azərbaycan universitetlərinə sənəd verən xarici ölkə vətəndaşlarının sayı açıqlanıb

2019-cu ildə I qrup üzrə sənəd verən abituriyentlərin 66.33%-ni oğlanlar, 33.67%-ni isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 24734 nəfəri (87.31%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 10 nəfəri xarici ölkələrin vətəndaşları, 26 nəfəri ali təhsilli şəxslər, 479 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

Bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Qeyd edilib ki, II qrup üzrə sənəd verən abituriyentlərin 67.99%-ni oğlanlar, 32.01%-ni isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 12530 nəfəri (86.07%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 5 nəfəri xarici ölkələrin vətəndaşları, 15 nəfəri ali təhsilli şəxslər, 411 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

III qrup üzrə sənəd verən abituriyentlərin 29.52%-ni oğlanlar, 70.48%-ni isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 18930 nəfəri (85.16%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 14 nəfəri xarici ölkələrin vətəndaşları, 50 nəfəri ali təhsilli şəxslər, 627 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

IV qrup üzrə sənəd verən abituriyentlərin 27.97%-ni oğlanlar, 72.03%-ni isə qızlar təşkil edib. Abituriyentlərin 4493 nəfəri (87.87%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 4 nəfəri xarici ölkələrin vətəndaşları, 29 nəfəri ali təhsilli şəxslər, 86 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

İmtahanlarda oğlanların ən yüksək nisbi sayı II ixtisas qrupunda (67.99%), qızların ən yüksək nisbi sayı isə IV ixtisas qrupunda (72.03%) olub.