• 21 Sentyabr 2020
logo
Parlamentin payız sessiyasında Əmək və sosial siyasət komitəsininişlər planına 6 qanun layihəsi və 3 dinləmə daxil edilib

Parlamentin payız sessiyasında Əmək və sosial siyasət komitəsininişlər planına 6 qanun layihəsi və 3 dinləmə daxil edilib

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin payız sessiyası dövrünə dair işlər planı qəbul edilib.

Komitənin işlər planına “Turizm haqqında”, “Xeyriyyəçilik fəaliyyəti haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun büdcəsi haqqında”, “Azərbaycan Respublikasında üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.

Əmək və sosial siyasət komitəsi payız sessiyasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun icrasının monitorinqi və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanununun təmin olunması və qeyri-formal məşğulluğun aradan qaldırılmasına dair dinləmələr də təşkil edəcək.