• 22 Sentyabr 2020
logo
Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 9-11 sentyabr 2020-ci il tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.