• 29 Sentyabr 2020
logo
Məleykə Abbaszadə: "DİM-in fəaliyyətinə dair normativ sənədlər Nazirlər Kabineti tərəfindən qəbul edilir, biz bunu dəyişə bilmərik"

Məleykə Abbaszadə: "DİM-in fəaliyyətinə dair normativ sənədlər Nazirlər Kabineti tərəfindən qəbul edilir, biz bunu dəyişə bilmərik"

“Ombudsmana cavab məktubunu bu sabah ünvanlamışam. Bununla bağlı saytımızda cədvəllər və izahat verilib. Müsabiqə şərtləri DİM tərəfindən müəyyənləşdirilmir. Təhsil Nazirliyi ilə birgə müzakirə edirik”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ombudsman Səbinə Əliyevanın bir qrup abituriyentin müsabiqə şərtlərini yüngülləşdirməklə bağlı müraciətinə cavab olaraq bildirib. Onun sözlərinə görə, hüquqi cəhətdən DİM-in fəaliyyəti barədə normativ sənədlər Nazirlər Kabineti tərəfindən qəbul edilir: “Bunu biz dəyişə bilmərik. İkinci məsələ isə odur ki, pandemiya ilə əlaqədar yaranan problemləri bütün dünya yaşayıb. Hələ mart ayında təklifimizi hökumətə çatdırmışıq, bunun nəticəsində bir sıra imtahanlarda müəyyən dəyişikliklər olub. Bunlar birinci mərhələnin imtahanında 50 faiz açıq sualların ənənəvi qapalı suallarla əvəzlənməsidir. Bu elmi-nöqteyi nəzərdən olan təklif idi”.