• 1 Noyabr 2020
logo
Bakıda 820 taksi-kuryer xidməti fəaliyyətə başlayıb

Bakıda 820 taksi-kuryer xidməti fəaliyyətə başlayıb

Bu gün Azərbaycanda yeni taksi-kuryer xidməti fəaliyyətə başlayıb.

820 TAXI və KURYER xidməti Bakı şəhərində fəaliyyət göstərəcək.

Fəaliyyətində müştəri məmnuniyyətini əsas hesab edən şirkət həm taksi, həm də kuryer xidməti ilə fəaliyyət göstərən milli tətbiqetməyə malikdir.

Şirkət müştərilərinə Maksimum Ekonom, Ekonom, Komfort, Biznes və Miniven taksi xidmətləri təklif edir. Taksi xidmətlərinin özəlliklərinə görə, müxtəlif və uyğun qiymət təklifləri formalaşdırılıb.

820 TAXİ müştəriləri hər dəfə istifadə üçün bonus qazanmaq, nağdsız ödəniş etmək imkanına malikdirlər.

Sifarişlər Android və iOS mobil tətbiqləri, həmçinin 7/24 fəaliyyətdə olan 820 qısa nömrəsi ilə qəbul olunur.

Şirkət, həmçinin, Bakı şəhərində istənilən növ yüklərin və bağlamaların daşınması xidmətini təklif edir. 820 kuryer xidmətindən də müştərilərin rahat istifadə etməsi üçün mobil tətbiqdə imkanlar yaradılıb.

Şirkət tezliklə daha bir neçə xidmətlə də müştərilərini sevindirəcək.

820 TAKSİ- KURYER - Sənə ən yaxın olanı seç!