• 25 Sentyabr 2020
logo
Zahid Oruc Bərdənin Qazıqurdalı kəndinin su təminatına belə kömək etdi

Zahid Oruc Bərdənin Qazıqurdalı kəndinin su təminatına belə kömək etdi

Bərdə rayonu Qazıqurdalı kənd sakinlərinin müraciəti əsasında yeni artezian quyusunun qazılması başa çatdırılmaq üzrədir.
Ölkə rəhbəri ilin əvvəlindən bütün bölgələrdə su ehtiyatlarının yaradılması ilə bağlı tapşırıqlar verib, istər təsərrüfatda istifadə edilən, istər içməli su problemlərinin həll olunması üçün operativ tədbirlər görülür.
Bu baxımdan Bərdə rayonu hər zaman diqqət mərkəzində saxlanılmaqdadır.
İlin əvvəlindən 23-dən artıq artezianın qurulması ilə bağlı sərəncamlar verilib. Eləcə də Dövlət Neft Şirkəti vasitəsiylə bir neçə kənddə ayrıca olaraq təsərrüfatlarda əkinə-biçinə yardımçı olmaq üçün yeni mənbələr yaradılır.
Bərdənin Qazıqurdalı kəndində Zahid Orucun müraciəti əsasında hökumət qurumları tərəfindən artezian quyusu qazılır. 31 hektar əkin sahəsinin suvarılma problemi bununla öz həllini tapmış olacaqdır ki, 30-dan çox ailə burada təsərrüfatlara malikdirlər.
Qeyd edək ki, digər kəndlərdə də oxşar xarakterli addımlar davam etdirilir.