• 19 Sentyabr 2020
logo
Bu ilin ilk yarısında məhkəmələrdə alimentlə bağlı 88 mindən artıq işə baxılıb

Bu ilin ilk yarısında məhkəmələrdə alimentlə bağlı 88 mindən artıq işə baxılıb

“Bu ilin ilk yarısında məhkəmələrdə alimentlə bağlı 88 mindən artıq iş olub”.

Bunu Məhkəmə qərarlarının icrası işinin təşkilinə həsr olunan ictimai müzakirədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.

Onun sözlərinə görə, bu işlərin böyük əksəriyyətinin icrası təmin edilib: “Təəssüf ki, bəzən valideynlər, borclu şəxslər tərəfindən aliment könüllü şəkildə ödənmir. Könüllü ödəyən çox azdır, işlərin 10-15 faizi müəyyən gecikmələrlə, 70 faizi məcburi şəkildə ödətdirilir. Aliment ödəyən analar da var, amma aliment ödənməməsi ilə bağlı əsas problemlər atalarla bağlıdır. Ata olan şəxs özü unutmamalıdır ki, övladını saxlamaq onun vəzifəsidir, bunu mütləq dövlət xətti ilə, icra məmuru ilə etməməlidir. Həm də nəzərə almalıdır ki, aliment ödəmədiyinə görə həmin şəxsə müəyyən məhdudiyyətlər tətbiq edilə, inzibati tədbir görülə, hətta azadlığı 1 ayadək məhdudlaşdırıla bilər”.