• 26 Sentyabr 2020
logo
İlin ilk yarısında 12 icra məmuru ilə bağlı iltizam tədbirləri görülüb

İlin ilk yarısında 12 icra məmuru ilə bağlı iltizam tədbirləri görülüb

“İcra xidmətində vətəndaşlara qarşı laqeyd münasibət göstərən, müraciətlərini dinləməyən və yaxud kobudluq edən icra məmurları ilə bağlı çox sərt tədbirlər görülür”.

Bunu Məhkəmə qərarlarının icrası işinin təşkilinə həsr olunan ictimai müzakirədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.

Onun sözlərinə görə, təkcə bu ilin ilk yarısında icra xidmətində çalışan 12 əməkdaşla bağlı iltizam tədbirləri görülüb: “Bu iş bu gün də davam edir, daha sərt tədbirlər görülür, ədliyyə orqanlarından xaric edilənlər də var. Hətta təəssüflə bildirim ki, bu yaxınlarda barəsində sənədləri Respublika Prokurorluğuna göndərilənlər də olub”.