• 18 Sentyabr 2020
logo
Daha 24 vətəndaşımız Qazaxıstandan Azərbaycana yola salınıb

Daha 24 vətəndaşımız Qazaxıstandan Azərbaycana yola salınıb

COVID-19 pandemiyası dövründə xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalmış daha 24 vətəndaşımız ölkəmizə təxliyə olunub.

Azərbaycanın Aktaudakı baş konsulluğundan verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” (17 nəfər) “Professor Gül” ( 6 nəfər) və “Dağıstan” (1 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Qeyd edək ki, bu günədək baş konsulluq vasitəsilə ümumilikdə 523 vətəndaşımız gəmi ilə ölkəmizə təxliyə olunub.