• 26 Oktyabr 2021
logo
Naxçıvanda icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması qaydası təsdiqlənib

Naxçıvanda icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması qaydası təsdiqlənib

Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydası təsdiqlənib.

Qaydaya əsasən, Naxçıvanın Nazirlər Kabineti yanıda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədilə icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatları yaradır.

Sığorta ehtiyatlarının istifadəsinə aidiyyəti üzrə razılaşdırılmaqla Agentliyin direktorunun qərarı ilə yol verilir.

Sığorta ehtiyatlarının istifadəsinə inflyasiya nəticəsində icbari tibbi sığortanın xidmətlər zərfi ilə əhatə olunan tibbi xidmətlərin tariflərinin artımına mütənasib əlavə öhdəliklərin yaranması; qanunvericiliyə əsasən hərbi vəziyyət elan olunduqda tibbi xidmətlərə olan yüksək tələbat nəticəsində yaranmış əlavə öhdəliklərin qarşılanması; qanunvericiliyə əsasən fövqəladə vəziyyət elan olunduqda sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar əlavə maliyyə vəsaitinin tələb olunması; icbari tibbi sığorta fondunun maliyyə mənbələri üzrə yığımların proqnozlaşdırılan səviyyədə icra olunmaması nəticəsində öhdəliklərin qarşılanmaması; demoqrafik göstəricilərin proqnozlaşdırılmış həddi aşması ilə əlaqədar olaraq tibbi xidmətlərə olan tələbatın artması; bu qaydada sadalanmayan digər proseslərin təsiri ilə əhalinin xəstələnmə tendensiyalarının dəyişməsi nəticəsində icbari tibbi sığorta ödənişləri üzrə öhdəliklərin ümumi məbləğinin Agentliyin büdcəsində bu xərc istiqaməti üzrə nəzərdə tutulmuş məbləğini aşması - hallarından birinin və ya eyni zamanda bir neçəsinin baş verməsi zamanı yol verilir.