• 23 Oktyabr 2021
logo
Dünya Bankı Gürcüstanda 40 mln. dollarlıq universal internet layihəsini maliyyələşdirəcək

Dünya Bankı Gürcüstanda 40 mln. dollarlıq universal internet layihəsini maliyyələşdirəcək

Dünya Bankı Gürcüstanda 40 mln. ABŞ dolları dəyərində ola universal internet layihəsinin həyata keçirilməsini maliyyələşdirəcək.

Bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

O bildirib ki, layihə çərçivəsində yarım milyondan çox vətəndaşın internetə çıxışı təmin ediləcək: "Bu, universal internet layihəsidir. Layihə çərçivəsində 1 000 yaşayış məntəqəsinə yüksək keyfiyyətli internet xətləri çəkiləcək ki, nəticədə yarım milyondan çox vətəndaşın yüksək sürətli internetə çıxışı təmin olunacaq".