• 24 Oktyabr 2021
logo
Azərbaycanda məktəbəqədər və məktəbəhazırlıqla bağlı dərslərin başlanma tarixi açıqlanıb

Azərbaycanda məktəbəqədər və məktəbəhazırlıqla bağlı dərslərin başlanma tarixi açıqlanıb

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində və ümumi təhsilin məktəbəhazırlıq mərhələsi üzrə dərslərin əyani başlayacağı tarix açıqlanıb.

Bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərarında bildirib. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində dərslər sentyabrın 15-dən başlayacaq.

Ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə dərslər isə oktyabrın 1-dən başlayacaq.