• 4 İyul 2025
logo
Azərbaycnda X-XI siniflər üçün dərslər oktyabrın 15-də başlayacaq

Azərbaycnda X-XI siniflər üçün dərslər oktyabrın 15-də başlayacaq

Azərbaycanda ümumi təhsilin tam orta təhsili səviyyəsi üzrə dərslərin əyani başlanma tarixi məlum olub.

Bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarında bildirib.

Qeyd edilib ki, ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə oktyabrın 15-dən etibarən dərslər başlayacaq.