• 2 İyul 2025
logo
Hikmət Hacıyev: "Toy və yas mərasimlərinin keçirilməsi barədə qərarda dəyişiklik yoxdur"

Hikmət Hacıyev: "Toy və yas mərasimlərinin keçirilməsi barədə qərarda dəyişiklik yoxdur"

“Toy və yas mərasimlərinin keçirilməsi barədə qərarda heç bir dəyişiklik edilməyib”

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, toy və yas mərasimlərinin keçirilməsi kimliyindən asılı olmayaraq, hər kəs üçün qadağandır: “Sözügedən qadağalarla bağlı Azərbaycan Respublikasında qanunun aliliyi ölkə başçısı tərəfindən dəfələrlə sübut olunub. Bu gün ölkədə qanun hər kəs üçün keçərlidir”.